Əli Əsədov Mişustinlə müzakirələr apardı 

17:06 10.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın Baş Naziri Əli Əsədovla Rusiyanın Baş naziri Mixail Mişustin arasında telefon danışığı olub.

 

Hafta.az bu barədə Rusiya hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir.

 

Söhbət zamanı tərəflər ticari-iqtisadi əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər.

 

Bundan əlavə, qarşılıqlı maraq doğuran müxtəlif istiqamətlərdə iri birgə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirilib.

Siyasət rubrikasından digər xəbərlər